Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
2027 mövsümü üçün Konfrans Liqasında iştirak edəcək klubların ilkin siyahısını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, hazırkı siyahıda Azərbaycan təmsilçiləri kimi “Neftçi” və “Zirə” göstərilib.
Bildirilir ki, paytaxt təmsilçiləri yarışda ölkə çempionatının müvafiq olaraq, 4-cü və 5-ci pillələrinin sahibləri kimi iştirak edəcəklər.
Lakin UEFA siyahının yalnız idman prinsiplərinə əsaslanan ilkin variant olduğunu vurğulayıb.
Qurumun açıqlamasına əsasən, siyahı ölkə çempionatları və kubok yarışlarında klubların hazırkı nəticələrinə əsasən tərtib edilib. Bununla yanaşı, klubların növbəti mövsüm UEFA yarışlarına buraxılması ilə bağlı yekun qərarlar hələ verilməyib.
UEFA bildirib ki, siyahı mümkün intizam araşdırmaları, lisenziyalaşdırma prosedurları və digər hüquqi məsələlər nəzərə alınmadan hazırlanıb. Bu səbəbdən iştirakçıların siyahısında sonradan dəyişikliklər baş verə bilər.
UEFA-nın yekun təsdiqi və davam edən prosedurlar başa çatdıqdan sonra siyahı dəqiqləşəcək.
Xatırladaq ki, UEFA-nın Apellyasiya Bürosu “Turan Tovuz”u 2016/2017 mövsümü üçün avrokuboklardan kənarlaşdırıb. Bu səbəbdən, avrokubok iştirakçıları ilə bağlı yekun mənzərənin formalaşması üçün İdman Arbitraj Məhkəməsinin qərarı gözlənilir.
Paylaş