UEFA İnfantinonun planlarını sərt tənqid edib

24.08.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

UEFA prezidenti Aleksander Çeferin FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının yayım hüquqlarının bir hissəsini özəl investorlara satmaq planından danışıb.

Redaktor.az xəbər verir ki, Çeferin bu barədə “The Times” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, futbol ictimaiyyəti İnfantinonun planına qarşı vahid mövqe nümayiş etdirib və bu ideyanın qarşısının alınması müsbət haldır.

“Bəzi insanlar özlərini kral kimi hiss edirlər. Hər kəs buna müxtəlif tərəfdən baxırdı, amma bunun biabırçılıq olduğu qənaətində hamı həmfikir idi. Məncə, futbol ictimaiyyətinin bu qədər güclü olması möhtəşəmdir. Asiya Futbol Konfederasiyası və KONKAKAF-ın bizi dəstəkləməsinə çox sevindim”, - deyə Çeferin bildirib.

Qeyd edək ki, İnfantino ilə bağlı qalmaqal 2026-cı il dünya çempionatının başa çatmasından qısa müddət sonra yaranıb. FIFA prezidenti turnirin yayım hüquqlarının bir hissəsinin üçüncü tərəf investorlara satılması planından danışıb. Bu açıqlama futbol ictimaiyyətində mənfi reaksiyaya səbəb olub və 2030-cu il dünya çempionatını boykot etmək təhdidləri səsləndirilib.

Bu planın əleyhinə ilk çıxan qurumlardan biri UEFA olub. Güclü tənqidlərin fonunda FIFA sözügedən ideyadan imtina edib.

Artıq bir sıra ölkələr qarşıdakı FIFA prezident seçkilərində İnfantinonu dəstəkləməkdən imtina edib.

Qeyd edək ki, daha əvvəl İnfantinodan yeniyetmələr arasında keçirilən futbol turnirinə gəlməməsi istənilib.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью