UEFA ingiltərəli hakimlə bağlı araşdırmalara başlayıb

14.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

UEFA narkotik istifadəsində şübhəli bilinən ingilis hakim Devid Kut ilə bağlı araşdırmalara başlayıb.

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb.

Böyük Britaniyanın "The Sun" nəşrinin hakimin bank əskinası ilə ağ maddəni burnuna çəkdiyi videonu dərc etməsindən sonra araşdırma başlayıb. Videonun Kutun VAR köməkçi hakimi olduğu AVRO-2024-ün 1/4 finalının Portuqaliya - Fransa oyunundan bir gün sonra - iyulun 6-da mehmanxanada çəkildiyi qeyd edilib.

Qeyd edək ki, bir neçə gün öncə D.Kutun "Liverpul" klubunun keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video yayılıb. Bundan sonra o, İngiltərə Hakimlər Komitəsi tərəfindən yerli çempionatın oyunlarından kənarlaşdırılıb. UEFA isə 42 yaşlı referini Millətlər Liqası matçlarından uzaqlaşdırıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью