UEFA İsrailin tələbini RƏDD ETDİ

29.01.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

UEFA-nın İsrail futbol yığmaları ilə bağlı qərarı dəyişməyib. 
Bizim.Media xəbər verir ki, bu ölkənin komandaları ev oyunlarını xaricdə keçirməkdə davam edəcəklər. 
 

İsrail Futbol Federasiyası Avropanın ali futbol qurumu ilə bu istiqamətdə qeyri-rəsmi danışıqlar apardığı xəbərləri yayılmışdı. İsrailin DÇ-2026-nın seçmə matçlarını ölkə ərazisində keçirmək istəyində olduğu bildirilmişdi. 


Amma UEFA oyunların neytral meydanda keçirilməsi qərarının qüvvədə qalması ilə bağlı rəsmi açıqlama yayıb.
Qeyd edək ki, Qəzza zolağında baş verənlər üzündən UEFA 2023-cü ilin oktyabrında İsrail komandalarının ev oyunlarının başqa ölkədə keçirilməsi ilə bağlı qəraq qəbul edib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью