UEFA israilli azarkeşlərə hücumla bağlı bəyanat yaydı Yeni Sabah

08.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Niderlandın "Ayaks" və İsrailin "Makkabi Təl-Əviv" komandaları arasında Avropa Liqası matçından əvvəl və sonra baş verən insidenti və zorakılıq hərəkətlərini kəskin şəkildə pisləyir".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

"Ümid edirik ki, aidiyyəti orqanlar zorakılığa görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirəcək və onlara qarşı ittiham irəli sürəcək", - deyə UEFA-nın açıqlamasında qeyd olunub.

Xatırladaq ki, Avropa Liqası çərçivəsində keçirilən "Ayaks" - "Makkabi" görüşündən sonra iğtişaş olub.

Naməlum maskalı şəxslər israilli azarkeşlərə hücum etməyə çalışırlar. Amsterdam polisi iğtişaşlardan sonra 62 nəfərin saxlanıldığını, 5 nəfərin yaralandığını bildirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью