UEFA klublara 31,5 milyon avro ödəyəcək

30.09.2026

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

UEFA Millətlər Liqasında iştirak edən futbolçularına görə klublara 31,5 milyon avro ödəyəcək.

Apasport.az xəbər verir ki, UEFA 2024/25 mövsümündə Millətlər Liqasında çıxış etmiş futbolçuları olan 611 kluba vəsait ayıracaq. Bu, yeni maliyyələşdirmə proqramı çərçivəsində ilk ödənişdir.

Maliyyələşdirmə xüsusi formula əsasında həyata keçiriləcək. Millətlər Liqası və ya seçmə mərhələ oyununda futbolçunun meydana çıxdığı hər qarşılaşmaya görə kluba 3845 avro ödəniləcək. Hesablama sistemi əvvəlki Millətlər Liqası dövründəki ilə eyni olaraq qalır.

Ümumilikdə Millətlər Liqasının hər iki dövrü və AVRO-2028-in seçmə mərhələsi üçün klublara 104 milyon avro ayrılıb.

Bu ödənişlər milli komandaların oyunları zamanı futbolçularını yığmalara göndərən klubların itkilərinin kompensasiya edilməsi məqsədi daşıyır.

“Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...” 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью