UEFA klubların son 10 illik reytinqini AÇIQLADI

01.01.2025

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA-nın klubların son 10 illik reytinqi açıqlanıb.

"Unikal" xəbər verir ki, siyahıda Avropanın 554 klubu yer alıb. 2015-2024-cü illər ərzində qitə kuboklarında iştirak etmiş Azərbaycanı bu reytinqdə 9 klub təmsil edir.

Azərbaycan klubları arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Qurban Qurbanovun rəhbərlik etdiyi Ağdam təmsilçisi 53,000 xalla Avropada 65-ci yeri tutur və “Atletik”, “Betis”, “Volfsburq” kimi klubları geridə qoyub.

“Neftçi” 11,750 xalla 260-62-ci yerləri bölüşərək Tbilisi “Dinamo”su və “Suduva” ilə eyni xallara malikdir.

“Qəbələ” isə 10,500 xalla 282-87-ci yerləri bölüşür. Digər Azərbaycan klubları – “Zirə”, “Sabah”, “Səbail”, “Sumqayıt”, “Şamaxı” və “Kəpəz” 7,675 xalla 348-353-cü yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, reytinqə 265,000 xalla İspaniyanın “Real Madrid” klubu başçılıq edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью