UEFA klubların yeni reytinqini açıqladı: Bavariya ...

03.06.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA klubların yeni reytinqini açıqladı: "Bavariya"...

Münhenin "Bavariya" klubu UEFA-nın yenilənmiş klub reytinqində birinci pilləyə yüksəlib.

QOL.az xəbər verir ki, siyahıda ikinci yerdə Madrid "Real", üçüncü pillədə isə PSJ qərarlaşıb.

Məlumata görə, bu reytinq klubların 2021/2022-ci illər mövsümündən etibarən Avropa turnirlərində göstərdiyi nəticələrə əsaslanır. Son beş mövsümün hər birində Çempionlar Liqasının 1/4 finalına, eləcə də iki dəfə yarımfinal mərhələsinə yüksələn "Bavariya" məhz bu sabit və uğurlu seriya sayəsində siyahıya başçılıq etməyi bacarıb.

Geridə qalan 2025/2026-cı illər mövsümündə ən çox xal toplayan Londonun "Arsenal" klubu siyahıda 7-ci pillədə qərarlaşıb. Reytinqdə ən diqqətçəkən sıçrayışı isə İngiltərənin digər təmsilçisi "Aston Villa" edib. Birminqem klubu birdən-birə 29 pillə irəliləyərək 17-ci yerdə mövqe tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью