UEFA Konfrans Liqası: IV tura İstanbulda start veriləcək

27.11.2024

Cbcsport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start veriləcək.

Günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçiriləcək.

"Başakşehir" doğma meydanda Moldova təmsilçisi "Petrokub"u qəbul edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubu 1 xalla 32-ci pillədə qərarlaşıb. Bütün görüşlərdə uduzan qonaqlar isə sonuncu - 36-cı sıradadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью