UEFA Konfrans Liqası: IV tura İstanbulda start verilib

27.11.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start verilib.

"Cebheinfo.az"ın məlumatına görə, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib.

"Başakşehir" doğma meydanda Moldova təmsilçisi "Petrokub"la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Piontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-ə çatıb. "Petrokub" isə ilk xalını qazanıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью