UEFA Konfrans Liqası: Klublarımızın növbəti mərhələ şansı nə qədərdir?

19.07.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan təmsilçilərinin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki şansları bəlli olub. Sport24.az-ın məlumatına görə, "Football Meets Data" bu raunddakı cütlərlə bağlı araşdırma aparıb.
Klublarımızdan ən çox "Sabah"ın III təsnifat mərhələsinə vəsiqə qazanmaq ehtimalının yüksək olduğu bildirilib. "Bayquşlar"a 64 faiz, komandaya rəqib olan Moldovanın "Petrokub" kollektivinə isə 36 faiz şans verilib.
"Araz-Naxçıvan"da bu rəqəm 25 faiz, rəqibi "Aris"də (Yunanıstan) 75 faiz olaraq göstərilib.
Nəhayət, "Zirə"yə 32 faiz, "qartallar"ın üz-üzə gələcəyi "Hayduk"a (Xorvatiya) 68 faiz şans verilib.
Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsi növbəti həftə start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью