UEFA Konfrans Liqası: “Neftçi” “Dinamo”ya qarşı

22.07.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Bu gün Azərbaycanın “Neftçi” futbol klubu UEFA Konfrans Liqasında mübarizəyə başlayır.

İdman.Biz xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin ikinci təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun “Dinamo” (Minsk) kollektivini qəbul edəcək.

Görüş “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellas olacaq.

Qeyd edək ki, cütün qalibi növbəti raundda “Jelezniçar” (Serbiya) - “Braqa” (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью