UEFA Konfrans Liqası: “Neftçi”nin rəqibi bu gün müəyyənləşəcək

17.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Bu gün “Neftçi”nin UEFA Konfrans Liqasındakı potensial rəqibləri məlum olacaq.

İdman.Biz xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə “ağ-qaralar”ın UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-22-də, cavab görüşləri isə iyulun 28-29-da keçiriləcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью