Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turun mərkəzi oyunu kimi "Çelsi" - "Kopenhagen"i sınağa çəkib.
Oyun "zadəganlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Dyusberi-Holl vurub.
Səfərdə də rəqibini 2:1 hesabı ilə məğlub edən London təmsilçisi ümumi hesabda üstünlük əldə edərək adını dörddə bir final mərhələsinə yazdırıb.