UEFA Konfrans Liqası: Zirə Hayduk la üz üzə gələcək

23.07.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq "Zirə" bu gün doğma meydanda Xorvatiyanın "Hayduk" klubu ilə üz-üzə gələcək.

Oxu.Az xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qarşılaşma "Bakcell Arena"da keçiriləcək.

Qeyd edək ki, digər Azərbaycan təsmilçiləri "Araz-Naxçıvan"la "Sabah" mübarizəyə iyulun 24-də start verəcəklər. Naxçıvan təmsilçisi Bakıda "Dalğa Arena"da, "Sabah" isə səfərdə növbəti mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaqlar.

23 iyul

UEFA Konfran Liqası

II təsnifat mərhələsi

Saat 19:30, "Zirə" - "Hayduk".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью