UEFA Konfrans Liqası: Zirə nin Gürcüstana səfər proqramı bəlli olub

13.07.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Torpedo"nun qonağı olacaq "Zirə"nin səfər proqramı bəlli olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq klubdan bildirilib.

"Qartallar" iyulun 14-də çarter reysi ilə Kutaisiyə yollanacaq. Komanda matçdan sonra Bakıya qayıdacaq.

İyulun 15-də baş məşqçi Rəşad Sadıqovun mətbuat konfransı və komandanın açıq məşqi baş tutacaq.

"Zirə"ni səfər qarşılaşmasında nə qədər azarkeşin dəstəkləyəcəyi isə hələlik bəlli deyil.

Xatırladaq ki, "Torpedo" - "Zirə" oyunu iyulun 16-da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью