UEFA Konfrans Liqasına yekun vurulub

29.11.2024

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura yekun vurulub.

"Cebheinfo.az" xəbər verir ki, İngiltərənin “Çelsi” klubu səfərdə “Haydenhaym”ın (Almaniya) qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İtaliya “Fiorentina”sı evdə “Pafos”la (Kipr) üz-üzə gəlib. Matçda ev sahibləri üstün olublar -2:0. İspaniyanın “Betis” klubu səfərdə Çexiya təmsilçisi “Mlada Boleslav”a uduzub - 1:2.

UEFA Konfrans Liqası

Liqa mərhələsi

IV tur

28 noyabr

19:30. “Astana” (Qazaxıstan) - “Vitoriya” (Portuqaliya) - 1:1

21:45. “Molde” (Norveç) - APOEL (Kipr) – 0:1

21:45. “Haydenhaym” (Almaniya) - “Çelsi” (İngiltərə) -0:2

21:45. “Serkl Brügge” (Belçika) - “Harts” (Şotlandiya) -2:0

21:45. TNS (Uels) - “Yurqorden” (İsveç)- 0-1

21:45. “Sankt-Qallen” (İsveçrə) - TSK (Serbiya) - 2:2

21:45. “Panatinaikos” (Yunanıstan) - HJK (Finlandiya) 1:0

21:45. “Borats” (Bosniya və Herseqovina) - LASK (Avstriya) - 2:1

21:45. “Sele” (Sloveniya) - “Yagelloniya” (Polşa) - 3:3

21:45. “Dinamo” (Minsk, Belarus) - “Kopenhagen” (Danimarka) -1:2

21:45. “Noa” (Ermənistan) - “Vikinqur” (İslandiya) - 0:0

29 noyabr

00:00. “Fiorentina” (İtaliya) - “Pafos” (Kipr) - 3:2

00:00. “Rapid” (Avstriya) - “Şemrok Rovers” (İrlandiya) - 1:1

00:00. “Omoniya” (Kipr) - “Legiya” (Polşa) -0:3

00:00. “Olimpiya” (Sloveniya) - “Larne” (Şimali İrlandiya) - 1:0

00:00. “Luqano” (İsveçrə) - “Gent” (Belçika) – 2:0

00:00. “Mlada Boleslav” (Çexiya) - “Betis” (İspaniya) -2:1

Qeyd edək ki, Liqa mərhələsində noyabrın 27-də bir qarşılaşma keçirilib. Türkiyənin “Başakşehir” klubu evdə Moldova təmsilçisi “Petrokub”la heç-heçə edib - 1:1. VI tura dekabrın 12-də start veriləcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью