UEFA Konfrans Liqasında tura yekun vuruldu

29.11.2024

Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura yekun vurulub.

Manset.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubu səfərdə “Haydenhaym”ın (Almaniya) qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İtaliya “Fiorentina”sı evdə “Pafos”la (Kipr) üz-üzə gəlib. Matçda ev sahibləri üstün olublar - 2:0. İspaniyanın “Betis” klubu səfərdə Çexiya təmsilçisi “Mlada Boleslav”a uduzub - 1:2.

UEFA Konfrans Liqası

Liqa mərhələsi

IV tur

28 noyabr

19:30. “Astana” (Qazaxıstan) - “Vitoriya” (Portuqaliya) 1:1

21:45. “Molde” (Norveç) - APOEL (Kipr) 0:1

21:45. “Haydenhaym” (Almaniya) - “Çelsi” (İngiltərə) 0:2

21:45. “Serkl Brügge” (Belçika) - “Harts” (Şotlandiya) 2:0

21:45. TNS (Uels) - “Yurqorden” (İsveç) 0:1

21:45. “Sankt-Qallen” (İsveçrə) - TSK (Serbiya) 2:2

21:45. “Panatinaikos” (Yunanıstan) - HJK (Finlandiya) 1:0

21:45. “Borats” (Bosniya və Herseqovina) - LASK (Avstriya) 2:1

21:45. “Sele” (Sloveniya) - “Yagelloniya” (Polşa) 3:3

21:45. “Dinamo” (Minsk, Belarus) - “Kopenhagen” (Danimarka) 1:2

21:45. “Noa” (Ermənistan) - “Vikinqur” (İslandiya) 0:0

0:00. “Fiorentina” (İtaliya) - “Pafos” (Kipr) 3:2

00:00. “Rapid” (Avstriya) - “Şemrok Rovers” (İrlandiya) 1:1

00:00. “Omoniya” (Kipr) - “Legiya” (Polşa) 0:3

00:00. “Olimpiya” (Sloveniya) - “Larne” (Şimali İrlandiya) 1:0

00:00. “Luqano” (İsveçrə) - “Gent” (Belçika) 2:0

00:00. “Mlada Boleslav” (Çexiya) - “Betis” (İspaniya) 2:1

Qeyd edək ki, Liqa mərhələsində noyabrın 27-də bir qarşılaşma keçirilib. Türkiyənin “Başakşehir” klubu evdə Moldova təmsilçisi “Petrokub”la heç-heçə edib - 1:1. VI tura dekabrın 12-də start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью