UEFA Konfrans Liqasında yeni mövsümə I təsnifat mərhələsinin iki görüşü ilə start veriləcək

08.07.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün UEFA Konfrans Liqasının 2025/26 mövsümünə I təsnifat mərhələsində keçiriləcək iki qarşılaşma ilə start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə Cəbəllüttariq təmsilçisi "Josef"lə Şimali İrlandiyanın "Kliftonvill" klubu üz-üzə gələcək.

Günün digər matçında isə Maltanın "Floriana" klubu ilə Uelsin "Xaverfordvest" klubu qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında mübarizə aparan təmsilçimiz "Zirə" ilə "Araz-Naxçıvan" mübarizəyə II təsnifat mərhələsindən start verəcək. "Zirə" bu mərhələdə "Hayduk"la (Xorvatiya), "Araz-Naxçıvan" isə "Aris"lə (Yunanıstan) üz-üzə gələcək.

UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-də və 31-də keçiriləcək.

8 iyul

UEFA Konfrans Liqası

I təsnifat mərhələsi

Saat 20:00, "Josef" - "Kliftonvill";

Saat 21:30, "Floriana" - "Xaverfordvest".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью