futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) 51-ci Konqresi 22 aprel 2027-ci ildə Qazaxıstanın paytaxtında təşkil olunacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyinin rəsmi “Telegram” kanalında məlumat yayılıb:
“22 aprel 2027-ci il tarixində Astana UEFA-nın ali rəhbər və qanunverici orqanı olan 51-ci Konqresə ev sahibliyi edəcək. Tədbir çərçivəsində qəbul ediləcək qərarlar yaxın illər üçün Avropa futbolunun inkişaf istiqamətlərini müəyyənləşdirəcək”.
Futbol sammitində UEFA prezidenti və İcraiyyə Komitəsinin üzvlərinin seçkiləri baş tutacaq. Tədbirdə qurumun heyətinə daxil olan 55 milli futbol assosiasiyasının nümayəndələri, UEFA rəhbərliyi, İcraiyyə Komitəsinin üzvləri, həmçinin FİFA, Avropa liqaları, klub birlikləri və beynəlxalq idman təşkilatlarının rəsmiləri iştirak edəcəklər.