UEFA Kristal Pelas ı Avropa Liqasına buraxmaq istəmir

10.06.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA rəsmiləri iyunun 30-dək "Kristal Pelas"ın Avropa Liqasında iştirakına aydınlıq gətirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, klubun məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyi gözlənilir.

Qeyd edək ki, "Kristal Pelas"ın sahibi Avropa Liqasının digər iştirakçısı "Lion"un da nəzarət paketinə sahib olan Con Tekstordur. UEFA qaydalarına görə, bir investor avrokuboklarda birdən çox kluba nəzarət edə bilməz. London klubu turnirdən kənar qalacağı halda "Nottingem Forest" və "Brayton" İngiltərəni avrokuboklarda təmsil etmək şansı qazanacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью