UEFA kubokunun ikiqat qalibi öldü FOTO

19.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

Münhenqladbax “Borussiya”sının və Almaniya millisinin sabiq müdafiəçisi Frank Şaffer 73 yaşında vəfat edib .

Publika.az xəbər verir ki, Şaffer karyerası ərzində üç dəfə (1975, 1976 və 1977) Almaniya Bundesliqasının çempionu olub. O, iki dəfə (1975 və 1979) UEFA Kubokunu qazanıb və eyni zamanda Çempionlar Liqasının finalçısı (1977) olub.

Almaniya Bundesliqasında müdafiəçi 228 oyun keçirib və 6 qol vurub. O, avrokuboklarda 40 oyun keçirib və 1 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью