UEFA mafiya ya görə UEFA cərimələdi, CAS bəraət verdi

07.04.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İdman Arbitraj Məhkəməsi (CAS) azarkeşlərin "UEFA mafiya" pankartına görə qitə futbol qurumunun cərimələdiyi Norveçin "Brann" klubuna bəraət verib.

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Avropa futbolunun idarəedici orqanı mart ayında qadınlar arasında Çempionlar Liqası matçında "təhqir və təxribat xarakterli mesajlara" görə" Brann"ı 5000 avro cərimələyib. UEFA klubun apellyasiya şikayətini rədd edib. Bundan sonra norveçlilər CAS-a müraciət ediblər. Məhkəmə UEFA-ya "qərarlar ifadə azadlığı kimi fundamental insan hüquqları əsasında şərh edilməlidir" göstərişi verib.

"Brann" klubu həmçinin bildirib ki, UEFA-nın klubun məhkəmə xərclərini ödəməsi əmri verilib və bu həftə tam hökm çıxarılacaq.

UEFA CAS-ın cərimənin ləğvi ilə bağlı qərarını aldığını təsdiqləyib.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью