Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Madrid Əyalət Məhkəməsi UEFA-nın Superliqaya qarşı verdiyi apellyasiya şikayətini rədd edib.
Oxu.Az xəbər verir ki, bu barədə turniri təşkil edən İspaniyanın "Real Madrid" futbol klubunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, məhkəmə UEFA-nın Superliqaya münasibətdə Avropa İttifaqının sərbəst rəqabət qaydalarını ciddi şəkildə pozduğunu təsdiqləyib.
"Bu qərar "Kral klubu"nun dəymiş ziyana görə kompensasiya tələb etməsi üçün imkanlar yaradır", - deyə "Real"dan verilən açıqlamada bildirilib.
Xatırladaq ki, 19 aprel 2021-ci ildə Avropanın aparıcı klubları öz aralarında Superliqanın yaradıldığını elan ediblər. Sonradan onların demək olar ki, hamısı bu layihəni tərk etsələr də, yalnız "Real Madrid" hələ də Superliqada qalmağa davam edir.