UEFA Millətlər Liqası: Almaniya yeddi qolla qalib gəldi | Icma.az
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq. UEFA Millətlər Liqasında V turun son oyunları başa çatıb.
Oxu.Az xəbər verir ki, A Liqasının III qrupunda lider Almaniya autsayder Bosniya və Herseqovinanı sınağa çəkib.
Meydan sahibləri qonaqlara rəhm etməyiblər - 7:0. Florian Virtz dublla yadda qalıb.
Bu nəticədən sonra almanlar 13 xalla qrupda liderliyini möhkəmləndiriblər.
Cəmi 1 xalı olan Balkan təmsilçisinin isə aşağı liqaya düşəcəyi dəqiqləşib.
Digər qarşılaşmalarda Çexiya səfərdə Albaniya ilə qolsuz sülh bağlayıb. Slovakiyanı qəbul edən İsveç isə 2:1 hesabı ilə üstün olub.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu