UEFA Millətlər Liqası: Azərbaycan Estoniya ilə üzüzə

16.11.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının C Liqasının V turunda Estoniya seçməsini qəbul edəcək.

Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 18:00-da səsləndiriləcək.

Qarşılaşmanı Con Bitonun başçılıq etdiyi Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 11-də Estoniyada keçirilən görüşdə rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, xalsız olan seçməmiz qrupun sonuncusudur. Seçmə komandamızı məğlub edən Estoniya millisi üç xalla üçüncü pillədə qərarlaşıb. Azərbaycan seçmə komandasının qərarlaşdığı qrupda hərəyə 10 xalı olan İsveç və Slovakiya ilk iki pilləni bölüşürlər.

16 noyabr

UEFA Millətlər Liqası

C qrupu

Saat18:00, Azərbaycan - Estoniya (Qəbələ şəhər stadionu).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью