UEFA Millətlər Liqası: Azərbaycan İsveçə qarşı Oyun başladı Xəbər saytı Son xəbərlər və Hadisələr

19.11.2024

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

UEFA Millətlər Liqasının VI turunun son oyun günündə Azərbaycan millisi İsveç seçməsi ilə üz-üzə gəlir.

"Stroberri Arena"da təşkil olunan oyun başlayıb.

*** 22:48

Bu gün UEFA Millətlər Liqasında üz-üzə gələcək İsveç və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Milli komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

İsveç: Viktor Yohansson, Karl Starfelt, Qabriel Qudmundsson, Ken Sema, Yasin Ayari, Yesper Kalström, Deyan Kulusevski, Anton Saletros, Sebastian Nanasi, Aleksander İsak, Deyan Kulusevski, Viktor Dyökereş.

Baş məşqçi: Yon Dal Tomasson

Azərbaycan: Rza Cəfərov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivotsyuk, Aleksey İsayev, Coşqun Diniyev, Ozan Can Kökçü, Toral Bayramov, Mahir Emreli, Nəriman Axundzadə.

Baş məşqçi: Fernandu Santuş

Qeyd edək ki, "Stroberri Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью