UEFA Millətlər Liqası: Azərbaycan Litva oyunu Bakıda keçiriləcək

02.09.2026

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də baş tutacaq qarşılaşmanın məkanı dəyişdirilib.

Moderator.az AFFA-ya istinadən xəbər verir ki, əvvəlcə Gəncə şəhərində keçirilməsi planlaşdırılan oyun Bakıda təşkil olunacaq.

Qərar tərəflər arasında aparılan əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin qiymətləndirilməsindən sonra qəbul edilib.

Qarşılaşmanın Bakıda keçirilməsi ilə bağlı qərar UEFA ilə də razılaşdırılıb.

AFFA-dan bildirilib ki, oyunun məkanının dəyişdirilməsi Gəncə stadionunun qarşılaşmanı qəbul etməyə hazır olmaması ilə əlaqədar deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью