UEFA Millətlər Liqası: Azərbaycan millisi Litva ilə səfər matçına çıxır

27.09.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ilk oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, D Liqasında yer alan yığma 2-ci qrupun görüşündə Litva seçməsinin qonağı olacaq.

Kaunas şəhərində baş tutacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Menelaos Antoniu olacaq.

Litva yığması daha öncə səfərdə Lixtenşteyni 2:0 hesabı ilə üstələyib.

UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
27 sentyabr

17:00. Litva – Azərbaycan
Baş hakim: Menelaos Antoniu (Kipr).
Kaunas

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью