UEFA Millətlər Liqası: Azərbaycan yığması Qəbələdə Estoniyanı qəbul edəcək Xəbər saytı Son xəbərlər və Hadisələr

16.11.2024

Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Qəbələdə Estoniyanı qəbul edəcək.

BAKU.WS xəbər verir ki, C Liqasının I qrupunun oyunu saat 18:00-da başlayacaq.

Oyunun baş hakimi Şotlandiyadan olan FIFA referisi Con Bitondur.

Qrupun digər görüşündə Slovakiya İsveçin qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

16 noyabr

V tur

18:00. Azərbaycan - Estoniya

Baş hakim: Con Biton (Şotlandiya).

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, I qrupda İsveç və Slovakiyanın 10, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью