UEFA Millətlər Liqası: Azərbaycanın ev oyunları harada keçiriləcək?

01.07.2026

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasında keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.

İdman.Biz Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, D Liqasında mübarizə aparacaq yığma oktyabrın 1-də Lixtenşteyn seçməsini Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Komanda oktyabrın 4-də isə Litva kollektivi ilə Gəncə şəhər stadionunda üz-üzə gələcək. Qarşılaşmanın start fiti isə saat 17:00-da səslənəcək.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью