UEFA Millətlər Liqası: Bu gün sonuncu finalçı müəyyənləşəcək

05.06.2025

Cbcsport saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün UEFA Millətlər Liqasında sonuncu finalçı müəyyənləşəcək.

Almaniyada təşkil olunan raundun ikinci günündə İspaniya Fransa ilə üz-üzə gələcək.

İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma “Ştutqart Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün baş tutan ilk yarımfinal matçında Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb. UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью