UEFA Millətlər Liqası: Bu gün sonuncu finalçı müəyyənləşəcək KONKRET

05.06.2025

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün UEFA Millətlər Liqasında sonuncu finalçı müəyyənləşəcək.

KONKRET.az xəbər verir ki, Almaniyada təşkil olunan raundun ikinci günündə İspaniya Fransa ilə üz-üzə gələcək.

İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma “Ştutqart Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün baş tutan ilk yarımfinal matçında Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edərək adını finala yazdırıb. UEFA Millətlər Liqasında final və üçüncü yer uğrunda oyunlar iyunun 8-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью