UEFA Millətlər Liqası: Fransa İsrail matçı zamanı iki azarkeş həbs olunub

15.11.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

UEFA Millətlər Liqasında baş tutan Fransa - İsrail matçı zamanı iki azarkeş həbs olunub.

Bakıvaxtı.az “The İndependent”ə istinadən xəbər verir ki, bu barədə Fransa polisi məlumat yayıb.

“Stad De Frans”da keçirilən oyunun 10-cu dəqiqəsində qapı araxsındakı tribunalardan birində dava düşüb. Çiyinlərində İsrail bayraqları olan azarkeşlərin yerləşdiyi tribunada baş verən münaqişənin səbəbinin məlum olmadığı, buna baxmayaraq, təhlükəsizlik əməkdaşlarının hadisəyə dərhal müdaxilə etdiyi bildirilib.

Hər iki komandanın tərəfdarlarının iştirak etdiyi hadisədə azarkeşlərdən birinin dərhal, digərinin isə stadionda quraşdırılmış kameralar vasitəsilə müəyyənləşdirilərək həbs olunduğu vurğulanıb.

Qeyd edək ki, Fransa - İsrail görüşü 0:0 hesabı ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью