UEFA Millətlər Liqası: Fransa İsrail matçı zamanı iki azarkeş həbs olunub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

15.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

UEFA Millətlər Liqasında baş tutan Fransa - İsrail matçı zamanı iki azarkeş həbs olunub.

Bu barədə Fransa polisi məlumat yayıb.

"Stad De Frans”da keçirilən oyunun 10-cu dəqiqəsində qapı araxsındakı tribunalardan birində dava düşüb. Çiyinlərində İsrail bayraqları olan azarkeşlərin yerləşdiyi tribunada baş verən münaqişənin səbəbinin məlum olmadığı, buna baxmayaraq, təhlükəsizlik əməkdaşlarının hadisəyə dərhal müdaxilə etdiyi bildirilib.

Hər iki komandanın tərəfdarlarının iştirak etdiyi hadisədə azarkeşlərdən birinin dərhal, digərinin isə stadionda quraşdırılmış kameralar vasitəsilə müəyyənləşdirilərək həbs olunduğu vurğulanıb.

Qeyd edək ki, Fransa - İsrail görüşü 0:0 hesabı ilə yekunlaşıb.

///report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью