UEFA Millətlər Liqası: Fransa İtaliya üzərində inamlı qələbə qazandı | Icma.az
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. UEFA Millətlər Liqasında 6-cı turunun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, A liqasında günün mərkəzi matçında İtaliya millisi Fransanı qəbul edib. Görüşdə qonaqlar qalib gəlib - 1:3.
Üçüncü dəqiqədə Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo hesabı açıb.
Daha sonra 33-cü dəqiqədə İtaliyanın qapıçısı Vikario topu öz qapısına göndərib.
İki dəqiqə sonra meydan sahiblərinin müdafiəçisi Andrea Kambyazo fərqlənib. 65-ci dəqiqədə Rabyo dubla imza atıb.
Bu turdan sonra hər iki komanda 13 xal toplasa da, Fransa qrupu birinci, İtaliya ikinci pillədə tamamlayıb.
Günün digər qarşılaşmalarında Yunanıstan Finlandiyanı 2:0, Norveç Qazaxıstanı 5:0 məğlub edib, Avstriya və Sloveniya yığmaları 1:1 hesabı ilə heç-heçə oynayıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu