UEFA Millətlər Liqası: Hansı yığma harada oynayacaq? | Icma.az
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır. UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
"Unikal" xəbər verir ki, sonuncu - VI turun oyunlarından sonra bəzi komandaların yeni mövsümə hansı liqalarda başlayacağı müəyyənləşib.
A Liqasında öz qruplarında 1 və 2-ci yerləri tutan Portuqaliya, Xorvatiya, Fransa, İtaliya, Almaniya, Niderland, İspaniya və Danimarka yığmaları 1/4 finala vəsiqə qazanıblar.
Bosniya və Herseqovina, Polşa, İsrail və İsveçrə milli komandaları B Liqasına yuvarlanıblar.
Əvəzində isə B Liqasından Çexiya, İngiltərə, Norveç və Uels kollektivləri A Divizionunda iştirak hüququ qazanıblar.
B Liqasına yüksələn komandalar Şimali İrlandiya, Şimali Makedoniya və İsveç olub.
Bu seçmələri isə C Divizionunda Albaniya, Finlandiya, Qazaxıstan və Monteneqro əvəzləyib.
C Divizionunda qrup sonuncuları olan Azərbaycan və Litva yığmaları D Liqasına düşüb.
Tam oxu
Xəbəri oxu