UEFA Millətlər Liqası: İngiltərə üç xalı üç qolla qazandı

15.11.2024

Icma.az, Oxu.az saytına istinadən bildirir.

UEFA Millətlər Liqasında 5-ci tura start verilib.

Oxu.Az xəbər verir ki, B Liqasının 2-ci qrupunda İngiltərə səfərdə Yunanıstanla qarşılaşıb.

Oyun gözlənildiyi kimi qonaqların üstünlüyü ilə keçib. İngilislər yunanların qapısından üç cavabsız top keçiriblər - 0:3.

Bu nəticədən sonra qrupa 12 xalla İngiltərə başçılıq edir. Eyni xala malik Yunanıstan ikinci pillədədir.

Günün digər oyunlarında Sloveniya öz meydanında Norveçə uduzub - 1:4, Şimali Makedoniya isə ev matçında Latviyadan üstün olub - 1:0. Farer adaları səfərdə Ermənistana qalib gəlib - 0:1. Həmçinin, Qazaxıstan öz azarkeşləri qarşısında Avstriyaya 0:2 hesabı ilə uduzaraq aşağı liqaya düşüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью