UEFA Millətlər Liqası: İsrail millisi Belçikaya qalib gəldi

18.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

UEFA Millətlər Liqasında 6-cı turunun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, A liqasında neytral meydanda İsrail və Belçika milliləri qarşılaşıb.

İsrail 86-cı dəqiqədə vurulan qolla Belçikanı 1:0 üstələyib..

Hər iki komanda qrup mərhələsini 4 xalla başa vurub. Eyni qrupda Fransa və İtaliya 13 xal toplayıb.

Günün digər qarşılaşmalarında Yunanıstan Finlandiyanı 2:0, Norveç Qazaxıstanı 5:0 məğlub edib, Avstriya və Sloveniya yığmaları 1:1 hesabı ilə heç-heçə oynayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью