UEFA Millətlər Liqası: İsveç Azərbaycan matçının təyinatları açıqlanıb

16.11.2024

Icma.az bildirir, Cbcsport portalına istinadən.

Azərbaycan millisinin UEFA Millətlər Liqasının VI turunda İsveç yığmasına qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb.

Solna şəhərindəki “Strouberri Arena”da baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Pavel Raçkovskiyə Radoslav Sieyka, Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voytsex Muts yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-da reallaşacaq görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью