UEFA Millətlər Liqası: Niderland Macarıstanı darmadağın etdi

17.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Millətlər Liqasında V tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, A Liqasının III qrupunda Niderland Macarıstanı qəbul edib.

Matçın yeddinci dəqiqəsində qonaqların məşqçilər korpusunun üzvü huşunu itirib. Oyunda qısa fasilə yaransa da, bir müddət sonra görüş davam edib.

Qarşılaşmada ev sahibləri daha üstün oyun nümayiş etdiriblər ki, bu da hesabda öz əksini tapıb - 4:0.

Bu nəticədən sonra zanbaqlar ölkəsi 8 xalla qrup 2-cisidir. Macarıstan 5 xalla 3-cü pillədə qərarlaşıb.

Digər qarşılaşmalarda Çexiya səfərdə Albaniya ilə qolsuz sülh bağlayıb.

Slovakiyanı qəbul edən İsveç isə 2:1 hesabı ilə üstün olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью