UEFA Millətlər Liqası: Türkiyə seçmə komandasının pleyoff mərhələsindəki rəqibi bəlli olacaq

22.11.2024

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim saat 15:00-da start götürəcək.

Püşkdə A Liqasında 1/4 finalın və A, B, C və D Liqalarının pley-off cütləri məlum olacaq.

B Liqasında qrupu ikinci sırada bitirən Türkiyə yığmasının da pley-offdakı rəqibi bilinəcək. "Ay-ulduzlular" Belçika, Macarıstan və ya Serbiyaya rəqib olacaqlar.

Qeyd edək ki, püşkatma mərasimi bu gün keçirilsə də, ilk görüşlər mart ayında baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью