UEFA Millətlər Liqası: Türkiyə Uelslə bacarmadı

16.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

UEFA Millətlər Liqasında V turun görüşləri davam edir.

"Cebheinfo.az" xəbər verir ki, B Liqasının IV qrupunda Türkiyə öz meydanında Uelslə qarşılaşıb.

Oyunda hesab açılmayıb və hər iki tərəf 1 xalla kifayətlənməli olub.

Qrupun digər matçında İslandiya səfərdə Monteneqroya qalib gəlib - 0:2

Hazırda ay-ulduzlu komanda 11 xalla qrup lideridir. Uels 9 xalla 2-ci, İslandiya 7 xalla 3-cü yerdədir. Xalsız Monteneqro isə son pillədə qərarlaşıb.

Günün daha bir maraqlı oyunu Batumidə baş tutub. Burada Gürcüstan Ukraynanı qəbul edib. Matçda bərabərlik qeydə alınıb - 1:1.

Həmçinin, Andorra doğma meydanda Moldovaya əlavə olunmuş dəqiqələrdə buraxdığı qolla uduzub - 0:1.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью