UEFA Millətlər Liqası: Türkiyə yığmasının pleyoff oyunlarındakı rəqibi bəlli olub AZƏRTAC

22.11.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 noyabr, AZƏRTAC

UEFA Millətlər Liqasında 1/4 final və pley-off mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Türkiyə millisinin də rəqibi bəlli olub.

“Ay-ulduzlular” A Liqasına vəsiqə uğrunda görüşdə Macarıstan seçməsi ilə qarşılaşacaq. Matçlar 2025-ci il martın 20-23-də ev-səfər prinsipi ilə keçiriləcək.

Qeyd edək ki, Türkiyə millisi B Liqasının 4-cü qrupunu 2-ci, Macarıstan yığması isə A Divizionunun 3-cü qrupunu 3-cü pillədə başa vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью