UEFA Millətlər Liqasında gecənin nəticələri

14.11.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 13-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində ilk oyun günü baş tutub.

Redaktor.az xəbər verir ki, günün diqqətçəkən qarşılaşmalarından birində Azərbaycan milli komandası səfərdə Lixtenşteyn yığmasının qonağı olub. Gərgin keçən matç millimizin 1:0 hesablı minimal qələbəsi ilə başa çatıb.

Turun ən məhsuldar və böyükhesablı nəticəsi Niderlandda qeydə alınıb. Meydan sahibləri Yunanıstan seçməsinin qapısından 7 cavabsız top keçiriblər. İkinci böyükhesablı qələbəni isə səfərdə Bolqarıstanı 5:0 hesabı ilə məğlub edən İslandiya millisi qazanıb. Almaniya yığması Serbiya səfərindən 3:1 hesablı qələbə ilə dönüb.

13 noyabrda baş tutan bütün oyunların nəticələrini təqdim edirik:

Moldova 2 – 1 Qazaxıstan Şotlandiya 2 – 1 Şimali Makedoniya Andorra 2 – 0 Cəbəllütariq Sloveniya 0 – 0 İsveçrə Niderland 7 – 0 Yunanıstan Serbiya 1 – 3 Almaniya Lixtenşteyn 0 – 1 Azərbaycan Slovakiya 2 – 2 Farer adaları Bolqarıstan 0 – 5 İslandiya Lüksemburq 0 – 1 Estoniya

Turan ASLAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью