UEFA Millətlər Liqasında pleyoff mərhələsinin püşkü atıldı

22.11.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib. Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub. İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək. Danimarka - Portuqaliya matçında qalib gələn tərəf isə Niderland - İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək.

Qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью