futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan – Litva oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Qustavo Korreya olacaq. Ona yan xətt referiləri Andre Filipe Noqeyra Dias və Andreya Souza köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Migel Andre Monteyro Fonseka yerinə yetirəcək.
VAR-da Bruno Esteves, AVAR-da Ana Klaudiya Silva Ribeyro olacaq.
Oktyabrın 4-də 8-ci km qəsəbə stadionunda keçiriləcək Azərbaycan – Litva oyunu saat 17:00-da başlayacaq.
Azərbaycan yığması qrupda 2 xalla ikinci sıradadır. Litva isə 4 xalla liderdir.