UEFA Nepal daşqınlarının qurbanlarını yad edəcək

07.09.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

UEFA Çempionlar Liqasının qarşıdakı həftə keçiriləcək oyunlarından əvvəl Nepalda baş vermiş daşqın nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

XQ xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, hər qarşılaşmadan əvvəl meydanda “Siz tək deyilsiniz, Nepal” yazılmış banner yerləşdiriləcək.

UEFA prezidenti Aleksander Çeferin bildirib ki, Avropa futbol ailəsi qarşıdakı həftənin oyunları öncəsi Nepal xalqına başsağlığı və dəstəyini ifadə etmək üçün bir araya gələcək. O, ölkə xalqına faciənin və onun nəticələrinin aradan qaldırılması prosesində güc və dözüm arzulayıb.

Avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1,3 mini keçib. Təxminən 32 min ailə evsiz qalıb, 7,5 minə yaxın ev dağılıb.

Bundan başqa, 589-u əcnəbi olmaqla, 5 minə yaxın şəxsin itkin düşdüyü bildirilir. Rusiya səfirliklərinin siyahısında isə 12 Rusiya vətəndaşının itkin olduğu qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью