UEFA nın 51 ci konqresi Astanada keçiriləcək

05.08.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA-nın 51-ci konqresi 2027-ci il aprelin 22-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

Bu barədə Qazaxıstanın Turizm və İdman Nazirliyi məlumat yayıb.

Astana UEFA-nın ali rəhbər və qanunverici orqanı olan konqresə ev sahibliyi edəcək. Tədbirdə qəbul olunacaq qərarlar yaxın illərdə Avropa futbolunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayacaq.

Tədbirin gündəliyində UEFA prezidentinin, eləcə də İcraiyyə Komitəsi üzvlərinin seçilməsi məsələsi də yer alacaq.

Tədbirdə UEFA-ya üzv olan 55 milli futbol assosiasiyasının nümayəndələri, qurumun prezidenti, İcraiyyə Komitəsinin üzvləri, FIFA təmsilçiləri, Avropa liqalarının, klub birliklərinin və beynəlxalq idman təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью