UEFA nın dəstəyi ilə Bakıda D kateqoriyalı məşqçi kursları keçiriləcək

10.06.2025

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə iyunun 18-dən 20-dək qitə futbol qurumunun “HatTrick” proqramı çərçivəsində Bakıda D kateqoriyalı məşqçi kursları keçiriləcək. SİA qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, kurs 3 günü əhatə edəcək.

Dərslər həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla qurumun məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью